XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 16:35

Cocuq Mərcanlı stasionartelefon şəbəkəsinə qoşulur

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, telekommunikasiya şəbəkəsinin 28 May Respublika günündə istifadəyə verilməsi planlaşdırılır.

Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında həyata keçirilirdi.

Bu işlər çərçivəsində kənddə 64 nömrə tutumlu telefon stansiyası tikilib və Füzuli rayonundan 10 kilometr uzunluğunda optik xətt çəkilib.