XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 17:52

Roma Papası Azərbaycan prezidentinəməktub göndərib

Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”. (APA)