XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 09:36

Eldar Mahmudovun qohumu AzTV-dən çıxarıldı

AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib.

Xəbərdə bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi “MTN işi” ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur: “Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir”.

“Qafqazinfo” məsələ ilə bağlı AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. X.Qasımova bildirib ki, N.Axundovun işdən azad edilməsi ilə bağlı onda məlumat yoxdur. Həmçinin qeyd edib ki, Nadir Axundov Musiqi verilişləri departamentinin rəhbəri deyil: “O, “Mədəniyyət” telekanalının direktor müavinidir”.