XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 19:01

İƏT baş katibi:"Azərbaycanın İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndiririk"

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-OsayminAzərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qadir Allahdan zati-alinizə möhkəm can sağlığı, Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.

Mən ümidvaram ki, zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". (APA)