XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2015 - 11:09

Ermənilərdən növbəti saxtakarlıq – VİDEO

Sosial şəbəkələrdə 2015-ci ilin aprelində keçiirilən Dünya Sinxron çempionlar yarışında kanadalı gimnastların maraqlı videosu paylaşılıb.

Strateq.az xəbər verir ki, indiyə qədər həmin videonu izləyənlərin sayı 3 milyon yarıma yaxındır.  

Bundan istifadə edən ermənilər həmin videonu montaj edərək üzərinə Azərbaycan rəqs havalarından birini yazıblar. Mariam Avetiisyan adlı erməni videonu “erməni qızlarının erməni musuqisi” adı altında yayıb.

Montaj edilmiş video daha sonra turizm xidmətləri təklif edən “One Way Tour” səhifəsində paylaşılıb və ermənilərin böyük dəstəyini qazanıb. 

Türkiyədə yaşayan azərbaycanlı xanım Lalə Həsənoğlunun həmin videoya şərh yazmasından sonra video  səhifədən gizlədilib. Ancaq başqa kanallarla yenə də paylaşılır. 

Qeyd edək ki, bu gün həmin videonu Azərbaycanda yaşayan həmvətənlərimiz də paylaşıblar. Ancaq onlar bunun erməni təxribatı olduğundan xəbərsizdirlər.

Azərbaycanlılar bunu kanadalıların milli musiqimizə marağı kimi qiymətləndiriblər. Məsələdən xəbərdar olan soydaşlarımız isə bu məsələyə ciddi şəkildə etiraz olunmasına çağırıblar.