XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 23:20

Liviyadan İtaliyaya gedən gəmi qəzaya uğradı –Ən azı 31 nəfər öldü

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 31 miqrant həlak olub.

Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.

Trend