XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2015 - 13:30

Parisdə ölənlər arasında azərbaycanlılar var? – Səfirlik açıqladı

İlkin məlumata əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Fransadakı səfirliyindən nazirliyə saat 16:00-a daxil olmuş məlumata əsasən, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycanın Fransadakı səfirliyi, həmçinin rəsmi saytında bu ölkədə müvəqqəti olan həmvətənlərimizə müraciət dərc edib. Müraciətdə terror aktları zamanı zərərçəkən həmvətənlərlə bağlı hər hansı məlumatı olanlardan 0144186020 “qaynar xətt”inə zəng etmək xahiş olunur.