XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 12:39

Nazir müavini:"Yoxlamaların dayandırılması sahibkarların daha sərbəst fəaliyyətinə şərait yaradıb"

Sahibkarlıq subyektlərində yoxlamalar ötən il ərzində əvvəlki ilə nisbətən 1 min dəfə azalıb. Bu da sahibkarlara müdaxilələrin azalmasına, onların daha sərbəst fəaliyyətinə şərait yaradıb. 

Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib: "Azərbaycanın ixrac gəlirləri azalıb, bu da ölkənin bank sektorunda problemlər yaradıb. Bunların həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyynləşdirilib və artıq həyata keçrilməsinə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb. Əvvəlki illərdə iqtisadiyytın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5%, informasiya və rabitə sektoru 4,5% artıb". 

S.Həsənova bildirib ki, əczaçılıq sənayesinin idxalda xüsusi çəkisi böyükdür. Əczaçılıq sənayesinin yenidən yaradılması həm daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib. Qeyd edək ki, həm ötən il, həm də bu il ərzində bir əczaçılıq zavodunun təməli qoyulub.

S.Həsənova əlavə edib ki, ötən il 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub. Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq.