XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 15:57

İtaliya dövlət televiziyasının çəkiliş qrupu Dağlıq Qarabağa qeyri – qanuni səfər edib

rai.JPG

 

İtaliyanın birinci dövlət teleradio şirkəti olan “Rai 1″in jurnalist heyəti işğal olunmuş Dağlıq Qarabağa qeyri-qanuni səfər edib.

Strateq.az bildirir ki, Ermənistanda səfərdə olan TV əməkdaşları oradan Dağlıq Qarabağa gediblər.

Şuşada, Xankəndində çəkiliş aparan telekanal qondarma qurumu “müstəqli dövlət” kimi təqdim edib. Şuşada müharibənin izləri olan dağıntıların çox olduğunu vurğulayan jurnalistlər qeyd ediblər ki, “şəhər yavaş-yavaş dirçəlir”. Xankəndi isə sujetdə separatçı qurumun “paytaxtı” kimi təqdim olunub.

Qeyd edək ki, Dağlıq Qarabağa getmək istəyən hüquqi və fiziki şəxslər ilk olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Bu qaydanı pozanlar XİN-in “qara siyahı”sına salınır və onlara Azərbaycana gəlmək qadağan olunur.

 

X. SƏFƏRLİ