XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 16:29

Fransada daha bir qəza

 

qatar-qeza.jpg

 

Fransada “TGV” tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “France Bleu Alsace” radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin  məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.

Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.  

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.