Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulub.
Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi jurnalistlərə bildirib.
"Düşünürəm ki, OPEC-ə üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir", – deyə nazir qeyd edib.
Qeyd edək ki, mayın 24-25-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Nazirlər Şurasının 172-ci iclası keçirilir.
Xatırladaq ki, OPEC 1960-cı ilin sentyabr ayında yaradılıb. Əlcəzair, Anqola, Ekvador, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela təşkilatın üzvüdür/Report.