XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 17:39

Azərbaycanda kurrikulum sisteminin ləğv ediləcək? –Təhsil Nazirliyindən yayılan xəbərə cavab

Təhsil Nazirliyi Azərbaycanda kurrikulum sisteminin ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.  

Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, kurrikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir.

Onun sözlərinə görə, kurrikulum həmişə olub, bu gün də var, gələcəkdə də olacaq: 

"Kurrikulum təhsilin məzmunudur və bunsuz təhsil olmur. Onu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Bu, absurd ifadədir. Kurrikulum hər zaman təkmilləşən bir sahədir”.

 E. Əmirullayev qeyd edib ki, hazırda Təhsil Nazirliyinin kurrikulum ləğvini şərh etmək çətindir, bu sistem ləğv oluna bilməz: "Müəyyən təkmilləşdirmələr aparıla bilər ki, bu da hər il, hər zaman baş verir. Bunu ciddi bir dəyişiklik kimi qələmə vermək düzgün deyil”.

APA