XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2015 - 22:08

Naxçıvan MR Ali Məclisi 17 noyabrda toplaşacaq – Sədr seçkisi olacaq
alimeclis.jpg
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında qərar verib.
 
APA-nın məlumatına görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 17 noyabr saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.
 
Sessiyanın gündəliyinə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin və Ali Məclisin komitə sədrlərinin, komitə sədrlərinin müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.
 
Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.