XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 10:02

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.