XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 15:50

Trampın kobudcasına itələdiyi baş nazir danışdı:"Heç nə hiss etmədim”

Monteneqronun baş naziri Duşko Markoviç bildirib ki, NATO sammitində kollektiv şəkilçəkdirmə mərasimi zamanı ABŞ prezidenti Donald Trump tərəfindən necə itələndiyini heç hiss də etməyib.

Trampın Monteneqro baş nazirini itələdiyini əks tedirən video internetdə sürətlə yayılıb.

"Heç hiss də etmədim. Yalnız sosial şəbəkələrin buna reaksiyasını gördüm. Heç bir nigarançılıq olmayıb", – deyə Markoviç jurnalistlərə bildirirb. Mediada yayılan kadrlarda görünür ki, NATO sammiti qonaqlarının arasından önə keçərkən, Donald Tramp Monteneqronun baş naziri Duşko Markoviçi nəzakətsiz tərzdə arxaya itələyib ön cərgəyə keçir. Markoviçin özü isə bu hadisəyə fikir verməməyə çağırıb: "Bu gün mənim prezident Trampa [Monteneqronun NATO-ya qəbul olunması ilə bağlı] protokolun ABŞ Senatında təsdiqlənməsinə çalışdığı üçün minnətdarlığımı bildirmək imkanım olub", – Markoviçin bu sözləri CBS tərəfindən iqtibas edilib.

Ağ Evin mətbuat katibi Spicer hadisəni şərh edərkən bildirib ki, çəkiliş üçün siyasətçilərin yer seçməsi protokola uyğun həyata keçirilir və prezident Tramp ona ayrılmış yeri tutmalı idi.

Cümə axşamı Donald Tramp NATO sammitində ilk dəfə olaraq ABŞ prezidenti kimi çıxış edib. O, alyans ölkələrini müdafiə xərclərini artırmağa çağırıb. Hazırda bu şərti alyansın 28 ölkəsindən yalnız 5-i yerinə yetirir.

Monteneqro parlamenti ölkənin NATO-ya qoşulması qərarını aprel ayında təsdiqləyib.

Ölkənin alyansa qəbulu isə iyun ayına təyin olunub. (BBC)