XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2017 - 19:59

Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

 Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.

 Sonra müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.