XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

27 May 2017 - 11:36

Xəbərdarlıq:"Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər"

Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, məşhur videopleyerlərdə məsafəli kod yerinə yetirməyə imkan verən mövcud boşluq aşkar olunub. Videopleyerlər filmlər üçün subtitrli faylları yükləyirlər və təkmilləşdirirlər, bu da hakerlərə kodu yerinə yetirməyə və hücum edilən sistem üzərində nəzarəti əldə etməyə kömək edə bilər.

"Check Point" şirkətinin ekspertlərinin bildirdiyi kimi, cinayətkarlar qurbanı öz pleyerində xüsusi şəkildə konfiqurə olunmuş faylı açmağa məcbur edə bilər və bununla da onun kompüteri üzərində nəzarəti ələ keçirə bilər. Yayımlanan aşağıdakı videoda tədqiqatçılar öncədən onlar tərəfdən tapılan məlum olmayan mövcud boşluq istismarı ilə hücumu nümayiş etdiriblər: