XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

27 May 2017 - 16:15

Prezident İlham Əliyev iki prezidenti təbrik edib –Mətn

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm".

*****

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti xanım Bidhya Devi Bhandarini də təbrik edib.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".