“Britiş Eyrveys” aviaşirkəti Londonun “Hizsru” və “Qatvik” Hava Limanlarından həyata keçiriləcək uçuşların ləğv edildiyini açıqlayıb.
Şirkət rəhbərliyi buna səbəb kimi internet əlaqəsinin kəsildiyini göstərib.
“Elektron sistemdəki nasazlıqdan dolayı üzr istəyirik. Problemi mümkün olduğu qədər tez bir zamanda həll etməyə çalışacağıq”, – deyə bildirilib.
Bəzi iddialara görə, sözügedən hava limanlarının elektron məlumat bazası kiberhücuma məruz qalıb.
Qeyd edək ki, hazırda minlərlə sərnişin aerportlarda növbə gözləyir/Axar.az.