XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2017 - 19:43

Azərbaycanda planşetlər ucuzlaşmağa başlayıb –Komitə açıqladı

Cari ilin aprel ayında Azərbaycanda fərdi kompüterlər 0,4% bahalaşıb. Fərdi kompüterlərin qiymətlərində yanvarda 3,1%, fevralda 0,8%, martda 0,7% artım qeydə alınıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Noutbuklara gəlincə, yanvarda 1,6%, fevralda və martda 0,7%, apreldə 0,2% qiymət artımı müşahidə olunub. İlk üç ayda bahalaşan planşetlər isə apreldə ucuzlaşmağa başlayıb. Belə ki, yanvarda 1,7%, fevralda 0,2%, martda 0,4% bahalaşan planşetlər apreldə 0,7% ucuzlaşıb.

Rəsmi statistikaya əsasən, apreldə 1 fərdi komputerin orta aylıq qiyməti 719,57 manat, noutbuk – 726,52 manat, planşet – 381,99 manat təşkil edib.