Serbiya paytaxtının Novıy Belqrad rayonunda güclü partlayış baş verib. Bu barədə yerli b92 xəbər portalı məlumat yayıb.
Serbiya DİN-nin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri hələlik məlum deyil.
İnsident biznes mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinə xeyli sayda polis və yanğınsöndürənlər cəlb edilib. (APA)