Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini və Büro üzvü Azay Quliyev və deputat Tahir Mirkişili milli azlıqlarla bağlı tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın Fillax şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən bildiriblər ki, ATƏT PA ilə Avstriya parlamentinin birgə təşkil etdiyi tədbiri Assambleyanın sədri xanım Kristine Muttonen açacaq. Sessiyalarda milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı, Balkanlardakı barışın beynəlxalq perspektivləri məsələləri müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında “Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirərkən Azərbaycanın təcrübəsinə diqqət yönəldəcək, ölkəmizdə milli azlıqlara yaradılan şəraitdən və xalqımızın tolerantlığından da bəhs edəcəklər. (Azərtac)