XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2017 - 10:59

İŞİD Misirdə törədilmiş terror aktına görəməsuliyyəti üzərinə götürüb

 İŞİD terror qruplaşması Misirin El-Minya vilayətində xristian koptlara edilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə qruplaşmanın veb-saytında məlumat yayılıb.

Belə ki, terrorçular xristian koptların olduğu avtobusa hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Misirin baş nazirinin administrasiyasının yaydığı bəyanata əsasən hücum zamanı 29 nəfər öldürülüb. Avtobusa silahlı hücumdan sonra Misir ordusu terrorçu qruplaşmanın Liviyanın Derne şəhərindəki mövqeyinə hava zərbəsi endirib. Terror aktının həmin şəhərdəki silahlılarla əlaqəli olduğu bildirilir. (Report)