XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 May 2017 - 14:18

Azərbaycan Rusiyadakı ilk Ticarət EviniArxangelskdə açacaq

Azərbaycanla Rusiyanın Arxangelsk şəhərində Ticarət Evi açmaq niyyətindədir. Bunu İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Arxengelskin rəhbəri İqor Qodziş ilə görüşü zamanı bildirib.

“Biz Arxangelskdə öz keyfiyyətli məhsullarımızın satışını həyata keçirəcək Ticarə Evi açmaq istəyirik. Söhbət Rusiya ərazisində açacağımıx ilk Ticarət Evindən gedir. Bununla yanaşı, biz burada Heydər Əliyevin adını daşıyacaq Dostluq Mərkəzi açacağıq. Əkinəm ki, əməkdaşlığımız məhsuldar olacaq”, – deyə icra başçısı qeyd edib.

Görüş çərçivəsində tərəflər Arxangelsk və İmişlinin qardaşlaşmış şəhər elan olunmasına dair sazişin imzalanmasını müzakirə ediblər.
İ.Qodziş bildirib ki, Azərbaycan diaspirası Arxangelskdə aktiv fəaliyyət göstərir: “İki ölkə arasında dostluğun fundamenti çoxdan qoyulub. Düşünürəm ki, biz iqtisadi və mədəni sahələrdə bir sıra layihələr reallaşdıra bilərik”.
Qeyd edək ki, mayın 26-da Azərbaycan Belarusda ilk Ticarət Evini açıb. Bundan öncə İqdisadiyyat Nazirliyinin açıqlamalarında qeyd edilib ki, Rusiyada bir neçə Ticarət Evinin açılışı planlaşdırılır. (APA)