XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

28 May 2017 - 14:57

Kommünike:G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar

Böyük 7-lik (G7) beynəlxalq hüquqa əsaslanan, bütün dövlətlərin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini təmin edən və insan hüquqlarının müdafiəsinə zəmanət verən, beynəlxalq intizamın möhkəmlənməsində maraqlıdır.

Bu barədə G7-nin sammitinin yekunları üzrə qəbul olunmuş kommünikedə deyilir.

"Dünyanın, milyonlarla günahsız insanlara toxunan, gələcək nəsillərin sağlam inkişafına mane olan, münaqişələrin həllinə tam sadiqliyimizə ehtiyacı var", – kommünikedə deyilir.

Qeyd edək ki, G7-nin 43-cü sammiti 26-27 may İtaliyanın Taormine şəhərində keçirilib. Sammit Alamniyada və Fransada keçirilən prezident seçkilərindən sonra keçməsi və ABŞ prezidenti Donald Trampın və Fransa prezidenti Emmanuel Makronun G7 liderləri ilə ilk görüşü olması səbəbindən böyük siyasi əhəmiyyət daşıyırdı. (Trend)