XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2017 - 17:33

Çində naməlum şəxs insanlara hücum edib:ölənlər və yaralananlar var

Çində adı hələlik açıqlanmayan şəxs qətliam törədib.

Bu barədə "Beijing news" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə bazar günü Quyçjou vilayətinin Çjennin şəhər dairəsində qeydə alınıb. Belə ki, naməlum şəxs bıçaqla insanlara hücum edərək 6 nəfəri öldürüb. Daha 12 nəfəri isə yaralayıb.

O, yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Hücumun təfərrüatları hələlik məlum deyil. Lakin bildirilir ki, qatilin psixi problemləri olub. (Report)