XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 May 2017 - 18:12

Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib –Respublika Günü münasibətilə

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 28 may – Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.