XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2017 - 19:29

Cocuq Mərcanlıda 1168 ədədqəlpə aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 45 753 kv.m (4.58 ha) ərazi təmizlənib.  (APA)