Suriyada Aleppo şəhərindən qadın paltarında qaçan makiyajlı İŞİD terror təşkilatı üzvləri ələ keçirilib.
Bundan əlavə, terrorçular gizlənmək üçün xeyli kosmetikadan da istifadə ediblər. Sübut kimi qadın paltarında olan iki kişinin fotoları göstərilir.
“Fars”ın məlumatına əsasən, ötən həftənin sonunda Suriya ordusu və üsyançı dəstələr ölkənin şimalında Alepponun 410 km ərazisini İŞİD-çilərdən azad ediblər(Olke.az).