XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2017 - 13:48

NATO Parlament Assambleyası Gürcüstanla bağlı bəyannamə qəbul edib

NATO Parlament Assambleyası Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyasında səslənib.

Bildirilib ki, NATO PA Gürcüstan dövlətinin və hökumətinin ölkədə insan hüquqları, mətbuat azadlığı, silahlı qüvvələrin təkmilləşdirilməsi kimi islahatlarını yüksək qiymətləndirir. Assambleya rəhbərliyi hesab edirik ki, bu cür addımlar Gürcüstanı NATO ilə daha da yaxınlaşdırır və gələcəkdə bu ölkənin quruma üzvlüyünü asanlaşdırır.

Müzakirələrin sonunda NATO PA “Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasına dəstək” adlı bəyannamə qəbul edib.