XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 16:14

Nazir Elmar MəmmədyarovKolumbiyaya gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri  Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan  və Kolumbiya şairlərinin  yaradıcılığından  ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin  rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. (APA)