Türkiyənin İstanbul şəhərində ard-arda 3 dəfə zəlzələ olub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərmərə dənizinin 6,9 km. dərinliyində baş verən və 4.2 bal gücündə olan yeraltı təkan İstanbulun bu bölgələrində hiss olunub: Avcılar (19.06 km), Küçükçekməcə (20.21 km), Böyükçəkməcə Yakuplu (21.23 km), Bahçelievlər (21.66 km), Beylikdüzü (21.79 km.).
İlkin məlumata görə, dağıntı və tələfat yoxdu.