XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 16:35

Daha bir HDP-çi deputatın həbsinə qərar verildi –Səbəb

Türkiyədə məhkəmə Xalqların Demokratik Partiyasının (HDP) daha bir millət vəkilinin saxlanılması barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, məhkəmə millət vəkili, Diyarbəkirin sabiq bələdiyyə sədri Osman Baydəmirin saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, HDP Türkiyə parlamentində deputatlarının sayına görə üçüncü partiyadır. HDP PKK terror təşkilatının siyasi qanadı da hesab edilir. İndiyə qədər HDP-nin həmsədrləri də daxil olmaqla, bir neçə millət vəkili PKK ilə əlaqə, terrorçuluğun təbliği ilə əlaqədar saxlanılıb.