XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 17:43

Avropa Məhkəməsi ABU-nun sabiq rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı ilə bağlı araşdırmalara başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektor Elşad Abdullayevin şikayəti üzrə araşdırmaya başlayıb.

Elşad Abdullayevin itkin düşmüş elan edilən qardaşı Mahir Abdullayevlə bağlıdır. Şikayətçi hazırda Avropada mühacirətdə olan Elşad Abdullayevdir. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin saytında məlumat yayılıb.

Avropa Məhkəməsinə göndərilmiş şikayətdə qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin işçisi olan Mahir Abdullayev 2003-cü ildən itkin düşüb. Ondan bir müddət xəbər çıxmadığından E.Abdullayev Yasamal rayon Polis İdarəsinə müraciət etməli olub. Bir müddət ötdükdən sonra polis onun müraciəti əsasında araşdırma aparmaqdan imtina olunması haqqında qərar qəbul edib. Ancaq, sonra Bakı şəhər Prokurorluğu M.Abdullayevin itkin düşməsi ilə bağlı adam oğurluğuna görə, cinayət işi başlayıb.

E.Abdullayev həmçinin şikayətində bildirib ki, qardaşı yüksək səviyyəli dövlət məmurlarının qoruduğu dəstə tərəfindən qaçırılıb və buna görə, bütün əlaqəli qurumlara şikayət edib. Ancaq nəticəsi olmayıb.

E.Abdullayev sonuncu dəfə 2012-ci ildə əlaqəli qurumlara müraciət edərək qardaşının itkin düşməsi ilə bağlı araşdırmalar haqda ona bilgi verilməsini istəyib. Ancaq bundan imtina olunub.

Həmin imtina qərarı Bakıda – Nəsimi rayon Məhkəməsində mübahisələndirilib. Nəsimi rayon Məhkəməsi öz növbəsində "cinayət araşdırması aparan qurumların qərarlarına məhkəmə qaydasında etiraz edilməsinin mümkün olmaması" əsası ilə şikayəti rədd edib.

Rayon məhkəməsini yuxarı instansiyalar da haqlı hesab edib.

Elşad Abdullayev hökümətin qardaşının itkin düşməsi ilə bağlı şikayətləri lazımi qaydada araşdırmadığını iddia edir. O, hesab edir ki, ölkə içində Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrin qadağan olunması), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri ilə təminat verilən hüquqları pozulub.

AİHM sözügedən şikayətlər üzrə hökumətdən arqumentlərini təqdim etməsini istəyib.

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin qardaşı 2003-cü ildə itkin düşüb.

Bu olayla bağlı sonuncu dəfə rəsmi qurumlar 2012-ci ildə açıqlama yayıblar. Həmin vaxt Baş Prokurorluq bəyan edib ki, M.Abdullayevin itkin düşməsi ilə əlaqədar olarsaq istintaq-əməliyyat qrupu yaradılıb.

Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı cinayət işi üzrə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Qrupa rəhbərlik Baş Prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.