XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 07:39

Sabiq nazirin həyat yoldaşı vəfat etdi

Azərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.

Strateq.az Report-a istinadən xəbər verir ki, Ə.Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. O, yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ədilə Xeyrulla qızı Heydərova Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Eyni zamanda, 2006-cı ildə dövlət başçısı ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib.