Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində bu gün apardığı monitorinqlə bağlı hesabat yayıb.
Strateq.az ANAMA-ya istinadən bildirir ki, hesabatda bu gün kənddə 1124 ədəd qəlpə aşkar edildiyi, ancaq mina və partlamamış hərbi sursatın (PHS) aşkarlanmadığı bildirilib:
"Nəticə etibarilə 36 474 kv.m (3.65 ha) ərazi tam təmizlənib, 21 500 kv.m (2.15 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb".