XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 11:17

Kompüter və elektron məhsullar istehsalıiki dəfədən çox artıb

2017-ci ilin yanvar-aprel aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 47,8 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsullar istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,4 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, həmin müddətdə əvvəlki ilin müvafiq dövrünə nisbətən maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalında 59 faiz, elektrik paylayıcı və nəzarət cihazları hissələrinin istehsalında 2,8 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalında 53,1 faiz artım olub.