XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 12:32

Gürcüstan DİN-i jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı:“Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə araşdırma aparılır”

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb.

Strateq.az-ın məlumatına görə, nazirlik hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb: “Əfqan Muxtarlının işi ilə bağlı hazırda Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə araşdırma başlanıb. Bu maddə “azadlığı qeyri-qanuni məhdudlaşdırma" ilə bağlıdır”.

DİN bəyan edib ki, paralel olaraq Azərbaycan tərəfi ilə kommunikasiya aparılır. İşin faktik tərəfləri müəyyən olunan kimi, əlavə məlumat açıqlanacaq.