XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 10:45

Gürcü Təhlükəsizlik Xidmətinin köməyi ilə İŞİD-ə qoşulan Azərbaycan vətəndaşı saxlanıb

 

isid aze.Jpeg

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti İŞİD tərəfindən cəlb edilən şəxsin saxlanmasında Azərbaycana yardım göstərib.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini Levan İzoriya “Maestro” teleşirkətinə müsahibəsində deyib.”Bizim verdiyimiz məlumat əsasında dünən Balakən rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, Suriyaya gedərək “İslam dövləti” sıralarında döyüşmək üçün sərhəddi qanunsuz keçməyə cəhd göstərib”, – deyə L.İzoriya bildirib.

O qeyd edib ki, Gürcüstanın İŞİD tərəfindən cəlb edilən şəxslər üçün tranzit ölkəyə çevrilməməsindən ötrü bütün tədbirlər həyata keçirilir.

Məsələ ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən şərh almaq mümkün olmayıb.