XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 16:21

FHN xəbərdarlıq edir:"Moskvada hava yenidən pisləşəcək"

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Trend-in məlumatına görə, nazirlik bildirir ki, iyunun 1-nə keçən gecə paytaxtda küləyin sürəti saniyədə 24 metrə çata bilər.

Həmçinin xilasedicilər elektrikötürücü xətlərin və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 29-da Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Güclü qasırğa nəticəsində həlak olanların sayı 16-ya çatıb, təqribən 150 nəfər xəsarət alıb.