XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 16:26

Bakıda daha bir dairədə avtomobillərin xaotik hərəkətiaradan qaldırılır

Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər görülüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin, avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib.

Görülən infrastruktur tədbirləri ilə yanaşı, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.