XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 18:45

Şəhriyar Məmmədyarov dünyanın ən güclü şahmatçılarınınilk onluğunda

FIDE iyunun əvvəli üçün planetin ən yaxşı şahmatçılarının reytinq cədvəlini dərc edib.

Azərtac xəbər verir ki, kişi şahmatçıların ilk onluğunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da var. O, reytinq göstəricisini 28 bənd artıraraq 2800-ə çatdırıb. Hazırda Məmmədyarov reytinq siyahısında birinci yeri tutan norveçli Maqnus Karlsendən 31 bənd geri qalır.

Liderlər siyahısında birinci yerdə dünya çempionu Maqnus Karlsendir (2831). Növbəti yerləri amerikalı Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808), amerikalı Fabio Karuana (2805), azərbaycanlı Şəhriyar Məmmədyarov (2800), fransız Maksim Vaşye-Laqrav (2795), erməni Levon Aronyan (2793), hindistanlı Vişvanatan Anand (2786), amerikalı Hikaru Nakamura (2785) və çinli Din Lijen (2783) tutur.

Ən güclü 100 şahmatçı arasında Azərbaycan nümayəndələri Teymur Rəcəbov (2724) 28-ci, Arkadi Naydiç (2710) 37-ci, Rauf Məmmədov (2689) 58-ci, Eltac Səfərli (2656) 97-ci yerdədir.

Qadınların reytinq siyahısında lider mövqeləri yenə çinli Hou İfan (2666), onun həmyerlisi Tszyuy Ventszyun (2583) və ukraynalı Anna Muzıçuk (2569) tutur.

Rapid və blits üzrə dünyanın ilk onluğunda heç bir dəyişiklik olmayıb.