XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 20:55

Azərbaycan XİN Kabildəkiterror aktını qınayıb

Biz Kabildə baş verən terror aktını qınayırıq.

Trend-in məlumatına görə, bu Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı ilə bağlı "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bizim qəlbimiz qurbanların ailələri ilədir. Yaralılara tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yaxınlığında minalanmış avtomobil partladılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.