XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 21:09

Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiq edilib –FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

Emblem xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır. Emblem Xidmətin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında və Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.