XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 10:47

Bu Sim-kartların satışı dayandırıldı –Açıqlama

İyunun 1-də Azərbaycanda olan xarici vətəndaşlara Sim-kartların sadələşdirilmiş satış sisteminin müddəti başa çatıb.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mobil nömrələrin sadələşdirilmiş satış sistemi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlərin və yarış iştirakçıların mobil rabitədən istifadəsi zamanı problem yaranmaması üçün aprelin 15-dən iyunun 1-dək fəaliyyət göstərirdi.

Söhbət xarici vətəndaşlar üçün nəzərdə tutulan müəyyən sayda Prepaid Sim-kartlardan gedir. Bu nömrələrin istismar müddəti 30 gün təşkil edirdi.