XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 14:16

Türkiyədə 12 terrorçu saxlanıldı –Əməliyyat

Türkiyənin İzmir vilayətində polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 12 terrorçu saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanların hamısının Türkiyə vətəndaşları olduqları bildirilib.

Saxlanılanların mənzillərində aparılan axtarışlar nəticəsində partlayıcılar və odlu silahlar aşkar edilib.

Terrorçuların hansı qrupa mənsub olduqları barədə məlumat verilməsə də, onların Suriyada mübarizə aparan YPG və PYD qrupları ilə əlaqələri olduğu iddia edilir.