XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 14:39

BP:""Şahdəniz-2" layihəsində vacib mərhələyə yaxınlaşırıq"

"Şahdəniz-2" layihəsi üçün inşa olunan platformadan ikincisinin üst tikililərinin Xəzər dənizinə yola salınacağı tarix açıqlanıb.

"APA-Economics" xəbər verir ki, BP-nin "Şahdəniz" və "Cənub Qaz Dəhlizi" layihələri üzrə vitse-prezidenti Co Mörfinin (Joe Murphy) sözlərinə görə, ikinci platforma üçün nəzərdə tutulan üst tikililər bu ilin üçüncü rübündə hazır olacaq və dənizə yola salınacaq.

"Bu gün biz platformalardan birinin üst tikililərini Azərbaycan prezidentinin və BP-nin rəhbərliyinin iştirakı ilə dənizə yola saldıq. Ən mühüm məsələ ondan ibarətdir ki, dənizə göndərilən qurğuların hamısı Bakıda inşa olunub. Bunun üçün nəhəng işçi qüvvəsi cəlb olunub. Beləliklə, biz artıq daha vacib mərhələyə – Avropaya Azərbaycan qazının nəqlinə yaxınlaşırıq".

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "Şahdəniz-2" üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb.