XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 15:58

Deputat:“Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur”

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputatlar Azərbaycana xaricdən gələn həkimlərlə bağlı araşdırma aparılmasını istəyiblər.

APA-nın məlumatına görə, deputatlar Qənirə Paşayeva və Rafiq Məmmədhəsənov xaricdən gələn və hər gün KİV-də reklam olunan həkimlərlə bağlı məsələnin araşdırılmasının vacib olduğunu bildiriblər.

R. Məmmədhəsənov deyib ki, xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur: “Onlar yaxşı həkim olsa, ölkələrində qalıb işləyərlər. Onlar bizim ölkəmizdə özlərini reklam edirlər. Xəstələr də bu reklamı görüb, yanlarına gedir. Sonradan isə səhhətlərində ciddi fəsadlar ortaya çıxır və bizim həkimlər onları müalicə etməli olur”.