XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 12:18

Misirdə 15 terrorçu məhv edilib

35 terrorçu bir neçə gün əvvəl məhv edilib

Misirin xüsusi xidmətləri ölkənin şimali-şərqindəki xüsusi əməliyyat zamanı terrorçuluqda şübhəli bilinən, ən azı, 15 nəfəri məhv edib.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, xüsusi xidmətlər ölkənin şimalında Zuveyd və Rafada genişmiqyaslı əməliyyatlara başlayıb.

Cümə axşamı terrorçular Rafa və Zuveyd şəhərlərinin yaxınlığında eyni zamanda iki ordu patruluna hücum ediblər, nəticədə Misir ordusunun 15 əsgəri və iki mülki sakin həlak olub, 19 nəfər yaralanıb. Elə həmin gün xüsusi xidmətlər güclü aviazərbələrə başlayıb və 35 terrorçu məhv edilib.

Keçmiş islamçı prezident Muhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkədə tez-tez teraktlar baş verir.