XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 18:30

Bu şəxslər dövlət qulluqçularına bərabər tutulacaq –Yeni qanun

Azərbaycanda bəzi publik hüquqi şəxslərin əməkdaşları dövlət qulluqçularına bərabər tutulacaqlar.

Bununla bağlı “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişikliklər edilib.

Yeni layihəyə görə, “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Bu yeni dəyişikliklə “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətləri göstərən publik hüquqi şəxslərin əməkdaşlarının hüquqi statusu müəyyən edilib/Trend.